Həsən Ruhani Azərbaycan-İran-Rusiya üçtərəfli növbəti sammitin Tehranda keçirilməsini təklif edib

Həsən Ruhani Azərbaycan-İran-Rusiya üçtərəfli növbəti sammitin Tehranda keçirilməsini təklif edib Ölkələrimiz tərəfindən atılan addımlar üç ölkənin regional əməkdaşlığa yönələn dialoqa zəmin yaradır
ASK
8 Avqust , 2016 20:25
Həsən Ruhani Azərbaycan-İran-Rusiya üçtərəfli növbəti sammitin Tehranda keçirilməsini təklif edib

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan-İran-Rusiya üçtərəfli formatda növbəti sammit Tehranda keçirilə bilər.

"Report"un RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Bakıda keçirilən üçtərəfli sammitdə təklif edib.

"Ölkələrimiz tərəfindən atılan addımlar üç dövlətin regional əməkdaşlığa yönələn dialoquna zəmin yaradır. İran İslam Respublikasının ərazisində nazirlər və dövlət başçıları səviyyəsində üçtərəfli görüşün keçirilməsini təklif edirəm" - deyə İran prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi