​Gürcüstandan Azərbaycana gətirilən 9,2 ton şaftalı geri qaytarılıb - FOTO

​Gürcüstandan Azərbaycana gətirilən 9,2 ton şaftalı geri qaytarılıb - FOTO Məhsulda Kaliforniya qalxanlı yastıcası aşkar edilib
ASK
5 İyul , 2016 18:52
​Gürcüstandan Azərbaycana gətirilən 9,2 ton şaftalı geri qaytarılıb - FOTO

Bakı. 5 iyul. REPORT.AZ/ Bu gün Gürcüstandan Azərbaycana gətirilən 9,2 ton nektarin və şaftalı məhsulunda karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlandığı üçün geri qaytarılıb. 

"Report"un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu məhsullardan götürülən nümunələr Dövlət Fitosanitar Nəzarəti Xidməti Karantin-Ekspertiza Mərkəzinin laboratoriyalarında yoxlanılıb və ekspertiza nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən Kaliforniya qalxanlı yastıcası (Quadraspidiotus perniciosus Comstock) aşkar edilib.

Kaliforniya qalxanlı yastıcası polifaq karantin obyekti olub, armud, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, zoğal, naringi və s. kimi ümumilikdə 270-ə yaxın bitki növü ilə qidalanır. Zərərvericinin respublikanın bitki örtüyü üçün təhlükəliliyini nəzərə alaraq yük ixracatçı ölkəyə geri qaytarılıb.

Son xəbərlər

Orphus sistemi