​Goranboy rayonunda cins heyvandarlıq, quşçuluq və arıçılıq təsərrüfatlarının yaradılması məqsədə uyğun hesab edilib

​Goranboy rayonunda cins heyvandarlıq, quşçuluq və arıçılıq təsərrüfatlarının yaradılması məqsədə uyğun hesab edilib Azərbaycanın qərbində cins heyvandarlıq və quşçuluq təsərrüfatları, pendir istehsalı və meyvəqurutma müəssisələri
ASK
18 Sentyabr , 2014 15:42
​Goranboy rayonunda cins heyvandarlıq, quşçuluq və arıçılıq təsərrüfatlarının yaradılması məqsədə uyğun hesab edilib

Bakı. 18 sentyabr.REPORT.AZ/ Azərbaycanın qərbində cins heyvandarlıq və quşçuluq təsərrüfatları, pendir istehsalı və meyvəqurutma müəssisələri,arıçılıq təsərrüfatlarının (o cümlədən, sənaye üsulu ilə bal istehsalı) yaradılması məqsədə uyğun hesab edilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə, bu barədə Nazirliyin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış Xankəndi və Xocalıdan olan məcburi köçkünlərlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumunda bildirilib.

Sahibkarlar qeyd olunan sahələr üzrə nümunəvi layihələri SKMF-dan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi