​Gəncədə fermerlərə 50 ədəd traktor təqdim edilib

​Gəncədə fermerlərə 50 ədəd traktor təqdim edilib Əlavə 100 ədəd traktor və kənd təsərrüfatı texnikalarının da verilməsi nəzərdə tutulur
ASK
8 May , 2015 20:33
​Gəncədə fermerlərə 50 ədəd traktor təqdim edilib

Bakı. 8 may. REPORT.AZ/ Bu gün “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında Gəncə istehsalı olan 50 ədəd “Belarus” tipli traktorun təqdimat mərasimi keçirilib. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə respublikanın bütün regionlarından olan fermerler, sahibkarlar, alimlər, mütəxəssislər və nazirliyin müfaviq qurumlarının nümayəndələri iştirak edib.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov texnikaların ilkin dəyərinin 40%-nin, gübrələrin 70%-nin dövlət tərəfindən ödənilməsi, subsidiyaların 25% artırılması, təkrar əkinə görə ildə 2 dəfə subsidiyaların verilməsi, subsidiyaların verilmə mexanizminin təkmilləşdirilməsi barədə məlumat verib.

May ayında kənd təsərrüfatı istehsalçılarına davamlı olaraq əlavə 100 ədəd traktor və kənd təsərrüfatı texnikalarının verilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində “Aqrolizinq” xətti ilə Avstriyadan gətirilmiş “Simmental” cinsli mal-qaranın saxlanma şəraiti ilə tanış olunub.

Son xəbərlər

Orphus sistemi