Bakı. 25 may. REPORT.AZ/ Taxıl istehsalının artırılmasında alaq otlarına qarşı mübarizə tədbirlərinin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, kənd təsərrüfatı məhsulları istehsalçıları taxıl bitkilərinin alaq otlarına qarşı geniş istifadə edilən 2.4 D Amin duzu herbisidini “Aqrolizinq” ASC-nin rayon aqroservis filiallarından 50% güzəştli qiymətlərlə (2,25 manat/litr) əldə edə bilərlər.
Herbisidin bir hektar sahəyə məsarif norması 1,6 litr, manat ekvivalenti ilə isə 3,60 AZN təşkil edir.