FAO Azərbaycana müraciət edib

FAO Azərbaycana müraciət edib Beynəlxalq təşkilat zərərvericilərə qarşı mübarizə aparmağı tövsiyə edir
ASK
15 Fevral , 2016 16:30
FAO Azərbaycana müraciət edib

Bakı. 15 fevral. REPORT.AZ/ BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan, İran və Gürcüstanda şümşad ağaclarının qurumasından narahatlıq keçirir.

"Report"un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, 2016-cı ilin yanvar-fevral ayları ərzində bu ağacların xəstəliyinə səbəb güvənin xüsusi növü olub. Bununla bağlı beynəlxalq təşkilat hər üç ölkəni zərərvericilərə qarşı mübarizəyə səsləyir.

FAO-nun yaydığı məlumatda regionda qoyunların xəstəlikləri ilə bağlı vəziyyət də qiymətləndirilib. Azərbaycanda xəstəliyin səviyyəsi "aşağı" qeyd edilib.

Son xəbərlər

Orphus sistemi