Ər-Riyadda beynəlxalq kənd təsərrüfatı, su və aqrar sənaye sərgisi keçiriləcək

Ər-Riyadda beynəlxalq kənd təsərrüfatı, su və aqrar sənaye sərgisi keçiriləcək Sərgi oktyabrın 2-dən 5-dək davam edəcək
ASK
29 Avqust , 2016 11:14
Ər-Riyadda beynəlxalq kənd təsərrüfatı, su və aqrar sənaye sərgisi keçiriləcək

Bakı. 29 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Saudi Agriculture 2016” XXXV beynəlxalq kənd təsərrüfatı, su və aqrar sənaye sərgisi təşkil ediləcək.

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi xəbərə görə, Ər-Riyad şəhərində keçiriləcək sərgi oktyabrın 2-dən 5-dək davam edəcək.
“Saudi Agro-Food 2016” və “Saudi Food-Pack 2016” sərgiləri ilə paralel təşkil olunan “Saudi Agriculture 2016” sərgisi kənd təsərrüfatı sektorunda ən son texnologiya, avadanlıq və xidmətlər təqdim edən aparıcı yerli və beynəlxalq şirkətləri bir araya gətirəcək. Builki sərgidə əsas diqqət davamlı ərzaq təhlükəsizliyini təmin etmək üçün fermaçılıq, istehsal olunan məhsullar və xüsusilə də, balıqçılıq sahəsinə yetiriləcək. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr də sərgiyə dəvət olunur", - deyə, "Azpromo"dan bildirilib.

Sərgi haqqında ətraflı məlumat almaq istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi