EBRD və Aİ Salyan və Masallıda fermerlərə təlim keçib

EBRD və Aİ Salyan və Masallıda fermerlərə təlim keçib Təlimlər “Azərbaycan kənd təsərrüfatı maliyyə aləti Layihəsi” çərçivəsində təşkil olunub
ASK
30 Avqust , 2016 12:40
EBRD və Aİ Salyan və Masallıda fermerlərə təlim keçib

Bakı. 30 avqust. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) müştərək layihəsi olan “Azərbaycan kənd təsərrüfatı maliyyə aləti Layihəsi”nin nümayəndələri fermerlərin maliyyə savadlılığı mövzusunda regional tədbiri həyata keçirimək üçün Aran və Cənub bölgəsinə səfər ediblər. Bu barədə “Report”a EBRD-nin Bakı ofisindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd təsərrüfatı layihələri və kreditləinin idarə olunması üzrə Dövlət Xidmətinin dəstəyi ilə Salyan və Masallı rayonlarında özündə planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksityaları, onlarla uzunmüddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təliminin mövzularını ehtiva edən təlimlər keçirilib. Hər iki təlim fermerlər tərəfindən böyük maraqla qarşılanıb və ümumilikdə 30-dan artıq yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak ediblər.

İlk tədbir Salyan şəhərndə yerli icra nümayəndələrinin təşkili və iştirakı ilə keçirilib. Tədbiri giriş sözü ilə açan layihənin aparıcı eksperti Fəğan Ağayev bildirib ki, bu tip seminarlar fermerlərin maliyyə savadlılığını artıraraq istər ailə büdcəsi, istərsə də banklarla münasibətin yaxşılaşdırlmasında mühüm rol oynayır. Bundan sonra layihənin aparıcı eksperti İlqar Tağıyev “Fermerlərin maliyyə savadlığının artırılması” təliminə başlayıb.

İnteraktiv keçən təlimdə tədris materiallarının fermərlərə izahı ilə yanaşı onların öyrəndiklərini nümunələr üzərində praktiki tətbiqi həyata keçirilib. Tədbir əsnasında fermerlərə özündə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də verilib. Məlumatda deyilir ki, təlimin məqsədi fermerlərə büdcənin tutulmasını və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsini vurğulamaq olub.

Növbəti təlim Masallı rayonunda təşkil olunub. Seminarlarda fermerləri maraqlandıran suallar və məsələlər də müzakirə olunub. Tədbirin sonunda fermerlərə iştirak barədə sertifikatlar təqdim olunub. AzAFF layihəsi çərçivəsində fermerlərə maliyyə savadlığı mövzusunda təlimlərin gələcəkdə davam etdiriləcəyi açıqlanıb.

Qeyd edək ki, EBRD Aİ-nin dəstəyi ilə 2015-ci ilin sentyabr ayından etibarən ölkədə yerli maliyyə institutlarını kənd təsərrüfatı sektoruna aid kreditlərin fermer ve digər müəssisələrə verilməsini həvəsləndirmək məqsədi ilə ümumi məbləği 40 mln. ABŞ dollarına qədər olan “Azərbaycan kənd təsərrüfatı maliyyə alətləri Layihəsi"ni (AZAFF) həyata keçirməyə başlayıb. AZAFF özündə EBRD-nin banklar vasitəsilə borcalanların maliyyələşməsi kimi ənənəvi yanaşması ilə yanaşı Azərbaycanda kənd təsərrüfatının inkişafının maliyyələşdirilməsi və sürətləndirilməsi üçün qeyri-maliyyə dəstəyini birləşdirir.

Son xəbərlər

Orphus sistemi