EBRD Azərbaycanın kənd təsərrüfatına əlavə vəsait ayırmaq niyyətindədir

EBRD Azərbaycanın kənd təsərrüfatına əlavə vəsait ayırmaq niyyətindədir Nil Makkeyn: "Biz istəyirik ki, bu sahənin inkişafına birbaşa yardım ayıraq"
ASK
26 Noyabr , 2015 15:52
EBRD Azərbaycanın kənd təsərrüfatına əlavə vəsait ayırmaq niyyətindədir

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanda neft sektoru inkişaf etdikcə kənd təsərrüfatının payı iqtisadiyyatda azalsa da, son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq aqrar sektorda inkişaf müşahidə olunur. "Report" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nil Makkeyn (Neil McCain) deyib.

N.Makkeynin sözlərinə görə, EBRD bu vaxta qədər kənd təsərrüfatına tərəfdaş banklar vasitəsilə yardım edib: "Yaxşı bir haldır ki, hazırda kənd təsərrüfatının iqtisadiyyatda payı 13%-dən 15%-ə yüksəlib. Biz istəyirik ki, bu sahənin inkişafına birbaşa yardım ayıraq. Bu vaxta qədər təxminən 11 layihəni birbaşa maliyyələşdirmişik və onların ümumi dəyəri 40 mln. avrodur".

N.Makkeyn həmçinin kənd təsərrüfatına texniki yardım çərçivəsində EBRD-nin gələcəkdə hər müştəriyə 300 min avro məbləğində yardım ayıra biləcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi