​Dünən Azərbaycanda 500-dən çox şəxs iş axtarıb

​Dünən Azərbaycanda 500-dən çox şəxs iş axtarıb İşaxtaranların 65%-i əvvəlki illərin məzunları olub
ASK
8 May , 2015 14:30
​Dünən Azərbaycanda 500-dən çox şəxs iş axtarıb

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycanda 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması ilə əlaqədar Dövlət Aqrar Universitetində Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” ASC-nin və Universitetin təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Nazirlikdən "Report"a verilən məlumata görə, yarmarkada kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 15-dən çox şirkət, 500 nəfərdən çox işaxtaran iştirak edib.

Keçirilən tədbirdə ümumilikdə 106 vakant iş yeri təklif olunub ki, burada da baytarlıq, aqronomluq, zoomühəndislik, maşın mühəndisliyi, aqromühəndislik, informasiya mühəndisliyi, qida mühəndisliyi, meliorator kimi peşələr üstünlük təşkil edib. Yarmarkada iştirak edən işaxtaranların 35%-i ADAU-nun bu ilki, 65%-i isə əvvəlki illərin məzunları olub.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov aqrar sahəyə dövlət dəstəyindən, o cümlədən müvafiq sahələr üzrə kadr hazırlığının təkmilləşdirilməsi məsələlərindən, keçirilən yarmarkanın əhəmiyyətindən danışıblar.

Bütövlükdə, yarmarkada iştirak edən müəssisələr 177 işaxtaranın sənədlərini qəbul edib.

Son xəbərlər

Orphus sistemi