​Dövlət Baytarlıq Nəzarəti Xidməti Ağcabədi və Yevlaxda reydlər keçirib

​Dövlət Baytarlıq Nəzarəti Xidməti Ağcabədi və Yevlaxda reydlər keçirib Reydlər əsasən heyvan kəsimi, ət qəbulu və ət satışı aparılan məntəqələrdə olub
ASK
25 Dekabr , 2015 16:26
​Dövlət Baytarlıq Nəzarəti Xidməti Ağcabədi və Yevlaxda reydlər keçirib

Bakı. 25 dekabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir.

“Report” DBNX-yə istinadən bildirir ki, bununla əlaqədar Nəzarət Xidməti dekabrın 21-23-də Ağcabədi və Yevlax rayonlarının ərazilərində fəaliyyət göstərən heyvan kəsimi, ət qəbulu və ət satışı aparılan məntəqələrdə reydlərni davam etdirib.

Reydlər Daxili İşlər Nazirliyinin karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun iştirakı ilə aparılıb. Reydlər məntəqələrdə yararlığı şübhə doğuran ətlərin olub-olmaması və qeyri-qanuni heyvan kəsiminin qarşısının alınması məqsədilə aparılıb.

Reyd zamanı murdar olmuş və aqoniya vəziyyətində kəsilmiş heyvan ətlərinin tədarük edilməsinə təsadüf edilməyib. Bu işlə məşğul olan şəbəkə əməllərinin ifşa olunmaması üçün hazırda fəaliyyətlərini dayandırıb.

"DBNX bu istiqamətdə reydlər və nəzarət tədbirlərini davam etdirəcək", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi