Diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,8% bahalaşıb
ASK
14 Aprel , 2015 20:57
Diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Bakı. 14 aprel. REPORT.AZ/ Mart ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4%, o cümlədən birillik və çoxillik bitkilər uyğun olaraq 1,3 və 2,8% bahalaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,7% ucuzlaşıb.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,8% bahalaşıb.

Birillik bitkilərdən buğdanın, arpa dəninin, yerfındığının, xiyarın, pomidorun istehsalçı qiyməti bahalaşıb, baş soğanın, baş kələmin, quru otun, süfrə çuğundurun, kartofun, noxud dəninin istehsalçı qiyməti isə ucuzlaşıb.

Çoxillik bitkilərdən almanın istehsalçı qiyməti ucuzlaşıb, şabalıdın, fındığın, qozun, narın, gül şitilinin istehsalçı qiyməti isə bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından südün, mal və qoyun ətinin (diri çəkidə), təbii balın istehsalçı qiyməti bahalaşmış, diri qoyun və keçilərin, yumurtanın, diri ev quşlarının, quş ətinin (diri çəkidə) istehsalçı qiyməti isə ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi