Deputat: "Azərbaycanda alkoqollu içkilərin istehsalı ixrac üçün artırılmalıdır"

Deputat: "Azərbaycanda alkoqollu içkilərin istehsalı ixrac üçün artırılmalıdır" Azərbaycan əhalisi içkiyə meyilli deyil.
ASK
6 Aprel , 2024 12:21
Deputat: Azərbaycanda alkoqollu içkilərin istehsalı ixrac üçün artırılmalıdır

Azərbaycan əhalisi içkiyə meyilli deyil.

"Report"un məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu gün keçirilən komitənin iclasında bildirib.

Onun sözlərinə görə, ancaq "Qida təhlükəsizliyi haqqında" qanuna dəyişiklik edilməsi barədə layihəyə görə, alkoqollu içki növü olan arağın illik minimum istehsal həcminin 100 min dekalitrədək artırılır.

T. Rzayevin fikrincə, bunun səbəbləri açıqlanmalıdır: "Statistikaya əsasən, içkiyə meyilli olan ölkələr var, amma Azərbaycan belə deyil. Bu artımın səbəbləri açıqlanmalıdır. Əgər burada istehsal olunan alkoqollu içkilər xaricə ixrac olunacaqsa, bu məqsədəuyğundur. Bu kimi məsələlərə aydıqlıq gətirilməlidir".

Deputat qeyd edib ki, ötən il 2 744 hektarda 6 336 ton tütün, 3 milyard ədəd siqaret istehsal edilib: "Biz istehsalı artırıb xaricə ixrac etməliyik".

Son xəbərlər

Orphus sistemi