​Çinin "Poly Technologies" şirkəti Azərbaycanın kənd təsərrüfatına maraq göstərir

​Çinin "Poly Technologies" şirkəti Azərbaycanın kənd təsərrüfatına maraq göstərir Azərbaycan Çin şirkətinə aqroparkların yaradılması və kənd təsərrüfatı texnikasının istehsalı sahəsində əməkdaşlıq təklif edib
ASK
15 Yanvar , 2015 15:32
​Çinin Poly Technologies şirkəti Azərbaycanın kənd təsərrüfatına maraq göstərir

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Bakıda səfərdə olan Çinin "Poly Technologies" şirkətinin vitse-prezidenti Yuy Fuçjenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, S.Talıbov kənd təsərrüfatı sahəsində prioritetlərin həyata keçirilməsi istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülən işlər barədə geniş məlumat verib.

Nazir müavini həmçinin Azərbaycanda aqroparkların yaradılması, suvarma sistemlərinin quraşdırılması, kənd təsərrüfatı texnikasının istehsalı üzrə birgə müəssisələrin yaradılması kimi sahələrdə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsini qarşı tərəfin diqqətinə çatdırıb.

"Poly Technologies" şirkətinin vitse-prezidenti Y.Fuçje isə təmsil etdiyi şirkətin Çində aparıcı yerlərdən birini tutduğunu, infrastruktur layihələrinin həyata keçirilməsi, bərpa olunan enerji sahəsində, həmçinin kənd təsərrüfatı sahəsində geniş təcrübəyə malik olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi