Cənub bölgəsində 108 baş mal-qarada brusellyoz xəstəliyi aşkarlanıb

Cənub bölgəsində 108 baş mal-qarada brusellyoz xəstəliyi aşkarlanıb Heyvanların satışa çıxarılması qadağan olunub
ASK
15 Mart , 2016 17:11
Cənub bölgəsində 108 baş mal-qarada brusellyoz xəstəliyi aşkarlanıb

Bakı. 15 mart. REPORT.AZ/ Cənub bölgəsində iri və xırda buynuzlu heyvanlarda infeksiya xəstəliklərinə qarşı aparılan müayinələrin nəticəsi açıqlanıb. "Report"un məlumatına görə, Lənkəran və ətraf rayonlardan ümumilikdə 7500-ə yaxın iri və xırdabuynuzlu heyvandan nümunələr götürülərək Lənkəran Zona Baytarlıq Laboratoriyasında ilkin ruzbenqal testi ilə yoxlanılıb. Bunların yarısını xırda buynuzlu, yarısını iri buynuzlu heyvanlar təşkil edib.

Laboratoriyanın müdiri İqtidar Teymurov "Report"a bildirib ki, götürülən nümunələr Bakı şəhərinə göndərilib: "Respublika Baytarlıq Labaratoriyasında aparılan müayinələrin nəticəsinə görə, 108 baş heyvanda brusellyoz xəstəliyi olduğu aşkarlanıb. Xəstəlik aşkarlanan heyvanların sürüdən kənarlaşdırılması ilə bağlı tapşırıqlar da verilib. Brusellyoz xəstəliyi infeksion xəstəlik olduğuna görə, bu xəstəliyə yoluxan heyvanların satışa çıxarılması da qadağandır."  

İ.Teymurov qeyd edib ki, aşkar olunan infeksiya xəstəliklərinin qarşısını almaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən cənub bölgəsinə brusellyoz əleyhinə vaksinlər gətiriləcək: "Aprel ayından başlayaraq xırdabuynuzlu, noyabr ayından isə iribuynuzlu heyvanlara vaksinlərin vurulması həyata keçiriləcək".

Son xəbərlər

Orphus sistemi