Cəlilabadda sahibkarlar üçün treninq keçirilib

Cəlilabadda sahibkarlar üçün treninq keçirilib Treninq üzümçülüyün inkişaf perspektivlərinə həsr olunub
ASK
17 May , 2016 20:53
Cəlilabadda sahibkarlar üçün treninq keçirilib

Bakı. 17 may. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Cəlilabadda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər veriri ki, “Üzümçülüyün inkişaf perspektivləri”, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzularını əhatə edən treninqdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı (2012-2020-ci illər), kənd təsərrüfatında ixtisaslaşmanın əhəmiyyəti, ekoloji təmiz üzüm istehsalının təşkili, üzümçülükdə məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi, bu sahədə beynəlxalq təcrübə və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, tədbir iştirakçılarına nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi