Cəlilabadda açıq sahələrdən kartof yığımına başlanılıb, qiymətdən fermerlər razıdır 

Cəlilabadda açıq sahələrdən kartof yığımına başlanılıb, qiymətdən fermerlər razıdır  Cəlilabad rayonunda açıq sahələrdə yetişdirililən kartof məhsulunun yığımına başlanılıb.
ASK
16 May , 2024 19:24
Cəlilabadda açıq sahələrdən kartof yığımına başlanılıb, qiymətdən fermerlər razıdır 

Cəlilabad rayonunda açıq sahələrdə yetişdirilən kartof məhsulunun yığımına başlanılıb.

Fermerlər "Report"un yerli bürosuna bildiriblər ki, hələlik məhsulun alış qiymətindən razıdırlar. Belə ki, məhsulun kiloqramı 70 qəpiyə alınır.

Belə ki, ötən illə müqayisədə bu il məhsulun alış qiyməti normaldır. Onlar bunun səbəbini bu il daha az sahədə kartof əkilməsi ilə əlaqələndirir.

Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, gün ərzində 20 yük maşını, 400 ton məhsul satılır. Bu məhsulun da 80%-i xarici bazara daşınır.

Qeyd edək ki, bu il Cəlilabad rayonunda 3 min hektar sahədə kartof əkilib.

Son xəbərlər

Orphus sistemi