​Bu il ölkədə aparılan şum sahəsi 7 % azalıb

​Bu il ölkədə aparılan şum sahəsi 7 % azalıb Kənd təsərürfatı sahəsində bu ilin birinci yarısında görülən işlərin hesabatı təqdim edilib
ASK
10 İyul , 2015 19:41
​Bu il ölkədə aparılan şum sahəsi 7 % azalıb

Bakı. 10 iyul. REPORT.AZ/ Kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın müddəalarına uyğun olaraq 2015-ci ilin məhsulunu itkisiz tədarük etmək üçün mühüm tədbirlər həyata keçirilir.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir ki, respublika üzrə 2015-ci ilin məhsulu üçün təmiz herik şumu da daxil olmaqla payızlıq əkinlər üçün 1016991 hektar sahədə şumlama işləri aparılıb. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 71249 hektar və ya 6,5% azdır. 892253 hektarda dən və yaşıl yem üçün (ötən ildəkindən 103271 hektar, və ya 10,4% az), o cümlədən 875686 hektarda (ötən ildəkindən 103426 hektar, və ya 10,6% az) dən üçün payızlıq bitkilər səpilib ki, onun da 537231 hektarını buğda (109112 hektar, və ya 16,9% az), 338444 hektarını arpa (5735 hektar, və ya 1.7% çox) təşkil edib.

Taxılın məhsuldarlığını və keyfiyyətini yüksəltmək məqsədi ilə mineral gübrələrdən istifadə edilməsinə diqqət artıb. “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələrin güzəştlə satılması qaydaları”na əsasən satıcı təşkilatlar tərəfindən 2015-ci ilin məhsulu üçün payızlıq şum altına və səpinlə birlikdə verilməsi üçün 14066 nəfər istehsalçıya 120325 hektara görə güzəştlə 18081,9 ton mineral gübrələr satılıb. Bu da dən üçün payızlıq taxıl əkininin 13,7 %-ni təşkil edib.

2015-ci ilin məhsulu üçün toxumçuluq subyektləri tərəfindən əkilmiş 56,5 min ha toxumluq taxıl sahəsində aprobasiya aparılıb və dövlət standartlarının tələblərinə cavab verməyən 15,4 min ha sahə toxum dövriyyədən çıxarılıb. Qalan 41,1 min ha sahədə təmizləmə və biçin işləri aparılır. “Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə” əsasnamənin tələblərinə uyğun olaraq bu ilin 6 ayı ərzində 30 hüquqi və fiziki şəxs toxum istehsalçılarının reyestrinə daxil edilib və onlara müvafiq şəhadətnamə verilib. 

Son xəbərlər

Orphus sistemi