Azərbaycan bu il toxum istehsalını 50% artıracaq

Azərbaycan bu il toxum istehsalını 50% artıracaq "Azərtoxum" MMC: Hava şəraiti məhsuldarlığı yüksəldib
ASK
25 May , 2015 12:54
Azərbaycan bu il toxum istehsalını 50% artıracaq

Bakı. 25 may. REPORT.AZ/ Bu il Azərbaycanda 25 min ton toxum istehsal olunacağı proqnozlaşdırılır. Bu isə ötən ilin analoji göstəricisini 50%-dən çox üstələyir. Bunu "Report"a "Azərtoxum" MMC-nin istehsalat rəisi Azil Söhbətov deyib: "Bu ilki hava şəraiti yüksək məhsuldarlığın olacağını vəd verir".

O, bildirib ki, bu il "Azərtoxum" 8 min hektar ərazidə səpin aparıb. Həmin sahələrdə bütün aqro-texniki tədbirlər həyata keçirilib.

"Hazırda işlər yekunlaşmaq üzrədir. Əkin sahələrindən bu il yüksək məhsuldarlıq gözlənilir. Aparılan keyfiyyətli aqro-texniki tədbirlər nəticəsində bitkilərin inkişafında, boy artımında güclü irəliləyiş var. Hər hektar hesabı orta məhsuldarlığın 35-40 sentnerə çatacağını gözləyirik", - deyə A.Söhbətov bildirib.

Qeyd edək ki, iyunun 2-dən "Azərtoxum"un sahələrində arpa biçininə, bundan sonra isə buğda biçininə başlanılacaq. Toxum istehsalçısı yüksək reproduksiyalı cavan toxumların artması hesabına hər il elit toxum növlərinin əkinini genişləndirir. Təkcə ötən il "Azərtoxum" 16 min ton toxum istehsal edib.

İyun ayında bütün biçin işləri bitdikdən sonra, təkrar əkinin aparılması planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi