BTC kəməri ilə Orta Asiya neftinin tranziti 45% artıb

BTC kəməri ilə Orta Asiya neftinin tranziti 45% artıb ​Noyabrda BTC kəməri ilə 1,7 mln. ton Azərbaycan nefti nəql olunub
ASK
5 Dekabr , 2014 17:22
BTC kəməri ilə Orta Asiya neftinin tranziti 45% artıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Cari ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 1 719 684 ton Azərbaycan nefti nəql olunub ki, bu da ötən ilin noyabrına nisbətən 26,1% azdır. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 26 045 242 ton neft ötürülüb. Bu isə öz növbəsində ötən ilin 11 ayı ilə müqayisədə 4,5% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il dekabrın 1-nə qədər BTC-yə 261,187 mln. ton neft vurulub.

Bundan başqa, bu ilin noyabr ayında BTC kəməri ilə ümumilikdə 620 436 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,5% çoxdur. 

Son xəbərlər

Orphus sistemi