"​Beynəlxalq Sığorta Şirkəti" mal-qaranı sığortalayacaq

"​Beynəlxalq Sığorta Şirkəti" mal-qaranı sığortalayacaq Şirkət "Aqrolizinq" ASC tərəfindən keçirilən tenderin qalibi olub
ASK
7 Mart , 2016 14:56
​Beynəlxalq Sığorta Şirkəti mal-qaranı sığortalayacaq

Bakı. 7 mart. REPORT.AZ/ “Beynəlxalq Sığorta Şirkəti” ASC Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC tərəfindən keçirilən tenderin qalibi olub. Bu barədə "Report"a şirkətin mərkəzi ofisindən məlumat verilib.

Şirkət "Aqrolizinq"in aldığı 5 min baş cins mal-qaranı və mineral gübrələri sığortalayacaq.

Cins mal-qaranın sığortalanması üçün imzalanacaq sığorta müqaviləsinin sığorta haqqı 1 211 854 manat olacaq. Mineral gübrənin sığortalanması üzrə isə sığorta haqqı 100 343 manat təşkil edəcək.

Qeyd edək ki, “Beynəlxalq Sığorta Şirkəti” ASC 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib. Şirkət 2012-ci ildə sığorta fəaliyyətinə müddətsiz lisenziya alıb və hazırda müştərilərə 32 sığorta növü üzrə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi