​Bərdədə təkrar əkinə subsidiyanın verilməsi mexanizmi müzakirə olunub

​Bərdədə təkrar əkinə subsidiyanın verilməsi mexanizmi müzakirə olunub Fermerlərə əyani şəkildə qarğıdalı səpini nümayiş etdirilib
ASK
6 İyul , 2015 14:09
​Bərdədə təkrar əkinə subsidiyanın verilməsi mexanizmi müzakirə olunub

Bakı. 6 iyul. REPORT.AZ/ Bərdə rayonunda “Təkrar əkinlərin əhəmiyyəti və tətbiqi” mövzusunda respublika müşavirəsi keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik, Heyvandarlığın inkişafı, Kənd təsərrüfatına dövlət dəstəyi və Texniki siyasət şöbələri, Nazirlik yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Dövlət Fitosanitar Nəzarəti Xidməti, “Aqrolizinq” ASC, Aqrar Elm Mərkəzi, aidiyyəti elmi-tədqiqat institutları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə də fermer və sahibkarlar iştirak ediblər.

"Report" xəbər verir ki, “Taxıl məhsulunun itkisiz yığımı və təkrar əkinlərin əhəmiyyəti”, “Yem istehsalı: mövcud vəziyyət və potensial imkanlar”, “Təkrar əkinlərə subsidiyanın verilməsi mexanizmi” və digər mövzularda təqdimat və çıxışlar olub. Sonradan fermer və sahibkarlarla müzakirələr, qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Müşavirənin sonunda fermer təsərrüfatında taxıl biçilmiş sahədə təkrar əkin olaraq qarğıdalı səpini aparılması əyani olaraq müşavirə iştirakçılarına nümayiş etdirilib və təkrar əkinlərin onlara məxsus əkin sahələrində aparılmasının vacibliyi tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi