Bakı. 15 iyul. REPORT.AZ/ Pambıqçılığın inkişafının aktuallığını nəzərə alaraq iyulun 29-da Bərdə rayonu Kətəlparaq kəndində yerləşən fermer təsərrüfatında ”Pambığın yüksək aqrotexniki şəraitdə becərilməsi” mövzusunda respublika müşavirəsinin keçirilməsi nəzərdə tutulur.
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan xəbərə görə, müşavirədə nazirliyin Bitkiçilik şöbəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, “Aqrolizinq” ASC, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, nazirliyin yerli strukturları, rayonların icra hakimiyyəti orqanları, iri pambıqçılıq şirkətlərinin nümayəndələri, eləcə də fermer və sahibkarların iştirakı planlaşdırılır.
Tədbirdə iştirak etmək istəyən pambıqçı fermer və sahibkarlar Nazirliyin Bitkiçilik şöbəsinə (T
Qeyd edək ki, xam pambığın növlər üzrə alış qiymətləri artırıldığından torpaq mülkiyyətçiləri tərəfindən bu sahəyə maraq xeyli artıb. Bundan başqa, Nazirlər Kabinetinin 2016-cı il 10 iyun tarixli 212 nömrəli qərarı ilə pambıq və tütün istehsalçılarına becərilən hər hektar əkin sahəsinə görə əlavə 40 manat yardımın verilməsi növbəti illərdə pambıqçılığın inkişafına əlavə stimul verəcək.