Bayram münasibətilə Bakıda keçiriləcək qurbanlıq heyvanların satış yarmarkalarının ünvanları açıqlanıb

Bayram münasibətilə Bakıda keçiriləcək qurbanlıq heyvanların satış yarmarkalarının ünvanları açıqlanıb Bakıda və Bakıətrafı qəsəbələrdə təşkil olunacaq satış yarmarkaları iki gün fəaliyyət göstərəcək
ASK
30 Sentyabr , 2014 18:03
Bayram münasibətilə Bakıda keçiriləcək qurbanlıq heyvanların satış yarmarkalarının ünvanları açıqlanıb
Bakı. 30 sentyabr.REPORT.AZ/ Qurban Bayramı münasibətilə oktyabrın 4-5-də Bakı şəhərinin bir çox rayonlarında qurbanlıq heyvanların satış yarmarkaları keçiriləcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə, oktyabrın 4-də səhər saatlarından etibarən İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarının heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq. Satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq.

Qurbanlıq heyvanların satışı Qaradağ rayonu (Lökbatan və Sahil qəsəbələrində), Səbail rayonu (Bibiheybət yolu, 20-ci sahə dairəsi), Yasamal rayonu (Şərifzadə küçəsi,196), Binəqədi rayonu (VIII mikrorayon, Rəsulzadə, Binəqədi və Biləcəri qəsəbələri), Nərimanov rayonu (Əliyar Əliyev küçəsi, 26), Nizami rayonu (R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi), Xətai rayonu (Nobel prospekti, Ukrayna dairəsi və Mehmandarov küçəsi, 72), Sabunçu rayonu (Zabrat-Maştağa yolunun sol tərəfi və Sabunçu qəsəbəsi),

Suraxanı rayonu (Zığ, Əmircan, Hövsan vəYeni Günəşli qəsəbələri), Xəzər rayonunda (Binə, Qala və Mərdəkan qəsəbələri) təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi