Bakıdakı yarmarkalar bağlanıb

Bakıdakı yarmarkalar bağlanıb Yarmarkaların yenidən təşkili üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılır
ASK
20 May , 2015 16:49
Bakıdakı yarmarkalar bağlanıb

Bakı. 20 may. REPORT.AZ/ Bakıda şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatını qarşılamaq məqsədilə hər həftə sonu paytaxtın müxtəlif rayonlarında təşkil olunan yarmarkalar müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bunu "Report"a açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

O deyib ki, yarmarkaların yenidən təşkil olunması üçün hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılır.

Qeyd edək ki, Bakıda mayın 8-dən Xətai, Nəsimi, Yasamal, Nərimanov, Səbail və Binəqədi rayonunda kənd təsərrüfatı yarmarkaları fəaliyyətini dayandırıb. 

Son xəbərlər

Orphus sistemi