Bakıda Qazaxıstan istehlak bazarının təqdimatı keçiriləcək

Bakıda Qazaxıstan istehlak bazarının təqdimatı keçiriləcək Təqdimat iyunun 30-da Bakı Biznes Mərkəzində keçiriləcək
ASK
25 İyun , 2015 11:10
Bakıda Qazaxıstan istehlak bazarının təqdimatı keçiriləcək

Bakı. 25 iyun. REPORT.AZ/ İyunun 30-da Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Qazaxıstanın kənd təsərrüfatı və qida məhsulları bazarına dair təqdimat keçiriləcək.

“Report” Azpromo-ya istinadən xəbər verir ki, təqdimatın keçirilməsində məqsəd yerli ixracatçıların Qazaxıstanın kənd təsərrüfatı və qida məhsulları bazarına dair məlumatlandırmaqla bu ölkəyə ixracı təşviq etməkdir. Tədqiqatda Qazaxıstanın qida məhsulları bazarındakı mövcud vəziyyət, qiymətlər, məhsulların paylama kanalları, Azərbaycan məhsullarının idxalında maraqlı olan supermarket şəbəkələri, gömrük proseduraları, sertifikatlaşdırma kimi mövzular əhatə olunub.

Son xəbərlər

Orphus sistemi