Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakı şəhərində kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları Qurban bayramı günlərində bərpa olunacaq. "Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri
O qeyd edib ki, yarmarkaların təşkili ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müvafiq ünvanlar təqdim olunub: "Bakı Şəhər İcra Hakimiyyəti ilə apardığımız danışıqlar nəticəsində bu məsələ artıq həllini tapıb. Qurban bayramı ərəfəsində bir neçə yerdə yarmarka təşkil ediləcək. Bəzi yarmarkaların ünvanları dəyişdiriləcək. Hələlik ünvanlar nazirlik və icra hakimiyyəti ilə birgə nəzərdən keçirilir. Malların əhaliyə ucuz qiymətə satışı və kənd təsərrüfatı məhsullarının istehsalçılarının asanlıqla bazara çıxışı yenidən təmin ediləcək".