Bakıda bal yarmarkasında arıçılarla Kənd Təsərrüfatı Nazirliyi arasında mübahisə yaranıb

Bakıda bal yarmarkasında arıçılarla Kənd Təsərrüfatı Nazirliyi arasında mübahisə yaranıb Yarmarkada arıçılar şüşə qabları pulla almalı olublar
ASK
15 Oktyabr , 2016 15:32
Bakıda bal yarmarkasında arıçılarla Kənd Təsərrüfatı Nazirliyi arasında mübahisə yaranıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda keçirilən arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında arıçılarla Kənd Təsərrüfatı Nazirliyi arasında mübahisə yaranıb.

Arı məhsullarının satışı ilə məşğul olan şəxslər yarmarkada "Report"a bildiriblər ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən onlara özləri ilə şüşə qablar (bankalar) gətirməyə icazə verilmir.

"Nazirlik yarmarkaya özümüzlə şüşə qablar gətirməyə icazə vermir. Əvəzində bizdən yarmarkada satılan və ölçüsü 700 ml təşkil edən bankaları 50-60 qəpiyə almağı tələb edir. Biz bunu ancaq inhisarçılıq halı kimi qəbul edirik", - deyə arıçılar bildiriblər.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, bu tədbir sərgi-satış yarmarkasına saxta balların daxil olmasının qarşısını almaq məqsədilə görülür. 

Son xəbərlər

Orphus sistemi