Bakıda 500 kq pomidor məhv edilib

Bakıda 500 kq pomidor məhv edilib Pomidor bitkisinin istifadəyə yararsız olduğunu aşkarlanıb
ASK
14 İyul , 2016 16:48
Bakıda 500 kq pomidor məhv edilib

Bakı. 14 iyul. REPORT.AZ/ Son dövrlərdə Azərbaycanda istehsal olunan, eyni zamanda ölkədə idxal olunan kənd təsərrüfatı məhsulları üzərində təhlükəsizliyə və keyfiyyətə nəzarət daha da gücləndirilib. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin mətbuat katibliyindən "Report"a daxil olan məlumatda bildirilib ki, Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi bu günlərdə Bakı şəhərində fəaliyyət göstərən fiziki şəxs Nizami Fəxrəddin oğlu Qəmbərova məxsus istixanada yetişdirilən məhsullar üzərində kimyəvi-toksikoloji müayinələr həyata keçirib.

Müayinələr zamanı pomidor bitkisinin tərkibində insektisid qrupundan olan supermetrin adlı maddənin qalıq miqdarının normativ texniki sənədin tələblərinə görə normadan çox olduğu aşkar olunub. Buna görə də ümumi çəkisi 500 kq olan pomidor bitkisinin istifadəyə yararsız olduğu üçün dövriyyədən çıxarılması qərara alınıb və məhsul iyulun 14-də "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərti ilə termik üsulla məhv edilib.

N.Qəmbərov İnzibati Xətalar Məcəlləsinin 288.0.7-ci (tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və bitkicilik məhsullarının satılmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə üçün 300 manat məbləğində cərimə olunub. 

Son xəbərlər

Orphus sistemi