Bakıda 1 tondan çox yararlığı şübhə doğuran mal əti aşkar edilib

Bakıda 1 tondan çox yararlığı şübhə doğuran mal əti aşkar edilib Hazırda məhsul laboratoriyada yoxlanılır
ASK
19 Aprel , 2016 14:56
Bakıda 1 tondan çox yararlığı şübhə doğuran mal əti aşkar edilib

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Bakının Qaradağ rayonunda minik avtomobilində 500 kq (şaqqalara bölünmüş 2 ədəd iri heyvan, 6 ədəd xırda heyvan cəmdəkləri, daxili orqanlar), yük avtomobilində isə 600 kq (4 ədəd iri heyvan cəmdəyi, heyvanın daxili orqanları, 5 ədəd heyvan baş-ayağı) miqdarında mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran, sağlamlığına və haradan alınmasına dair heç bir müşayiətedici baytarlıq arayışı və sənədi olmayan heyvan əti aşkar olunub.

Hər iki avtomobildə olan cəmdəklərdən, daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyən edilməsi məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına (RBL) təqdim olunub.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) "Report"a daxil olan məlumata görə, mənşəyi məlum olmayan heyvan əti qurumun  mütəxəssislərinin Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə tapılıb. Belə ki, Qaradağ rayonu ərazisində DYP postunda reyd keçirilərkən Ağcabədi rayonundan Bakı şəhərinə gələn Şamxal Nəbiyevin idarə etdiyi "Daewoo Nexia" markalı 99-AU-715 dövlət nömrə nişanlı minik və Zərdab rayonundan Bakı şəhərinə gələn Nadir Qasımovun idarə etdiyi "Ford Transit" markalı 90-LX-763 dövlət nömrə nişanlı yük avtomobilləri saxlanılıb və baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi