Bakı-Tbilisi-Qars dəmir yolu ilə əlaqədar işçi qrupun toplantısı keçirilib

Bakı-Tbilisi-Qars dəmir yolu ilə əlaqədar işçi qrupun toplantısı keçirilib Protokolun layihəsi müzakirə olunub
ASK
11 Fevral , 2016 17:28
Bakı-Tbilisi-Qars dəmir yolu ilə əlaqədar işçi qrupun toplantısı keçirilib

Tbilisi. 11 fevral. REPORT.AZ/ Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə üçtərəfli koordinasiya şurasının işçi qrupunun növbəti görüşü keçirilib.

"Report" xəbər verir ki, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, bu sahədə mövcud olan problemlər və onların həlli yolları, yolun tikintisinin tezliklə başa çatdırılmasını və bu sahədə mövcud problemlərin həllini, Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu daşınmalarını, gələcək əməkdaşlığın perspektivləri və digər məsələləri özündə əks etdirən protokolun layihəsi müzakirə olunub.

Layihə Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu rəhbərlərinin iştirakı ilə üçtərəfli koordinasiya şurasının fevralın 12-də Tbilisidə keçiriləcək toplantısında imzalanacaq.

Son xəbərlər

Orphus sistemi