​Azərbaycanda yanvar-avqust aylarında kənd təsərrüfatı istehsalı 3,7% azalıb

​Azərbaycanda yanvar-avqust aylarında kənd təsərrüfatı istehsalı 3,7% azalıb Hesabat dövründə bitkiçilik məhsulları istehsalı 9,2% azalıb, heyvandarlıqda isə istehsal 2,8% artıb
ASK
16 Sentyabr , 2014 12:03
​Azərbaycanda yanvar-avqust aylarında kənd təsərrüfatı istehsalı 3,7% azalıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanın kənd təsərrüfatı sektorunda məhsul istehsalı illik müqayisədə 3,7% azalıb.

Dövlət Statistika Komitəsindən Report-a verilən məlumata görə, hesabat dövründə bitkiçilik məhsulları istehsalı 9,2% azalıb, heyvandarlıqda isə istehsal 2,8% artıb. Bu dövrdə 294,9 min ton, yaxud 2013-cü ilin yanvar-avqust aylarına nisbətən 1,5% çox diri çəkidə ət, 1 249,0 min ton (3,2% çox) süd, 1 017,9 mln. ədəd (11,3% çox) yumurta, 15,7 min ton (2,2% çox) yun istehsal olunub.

Cari ilin sentyabrın 1-nə ölkədə 197,6 min ton (quş əti daxil olmaqla) yaxud ötən ilin müvafiq dövrünə nisbətən 4,2% çox ət istehsal olunub. Qeyd edilən dövrdə 1 212,3 min ton və ya 2013-cü ilin yanvar-avqust aylarına nisbətən 0,1% artıq kolbasa məmulatları istehsal edilib.

Bu ilin yanvar-avqust aylarında müxtəlif növ ağartı məhsullarına görə də istehsal göstəriciləri dəyişir. Belə ki, hesabat dövründə üzlü süd 558,9 min ton (yaxud 1% artıq), qaymaq və xama 3 116,1 ton (2,5% çox), pendir və kəsmik 32,0 min ton (1,0% çox), kərə yağı 16,0 min ton (8,8% çox), cem və marmeladlar 6 589,1 ton (0,7% az), təmizlənmiş duru bitki yağları 34 354,4 ton (0,5% az), marqarin 22,5 min ton (29,6% çox), qənd və şəkər tozu 261,5 min ton (1,6% çox), çörək və çörək-bulka məmulatları 497,0 min ton (0,5% artıq) istehsal edilib.

Son xəbərlər

Orphus sistemi