​"Azərtoxum" bu il istehsalı 50%-dən çox artıracaq

​"Azərtoxum" bu il istehsalı 50%-dən çox artıracaq Bundan sonra isə payızlıq qarğıdalı əkininə başlanılacaq
ASK
22 İyun , 2015 12:34
​Azərtoxum bu il istehsalı 50%-dən çox artıracaq

Bakı. 22 iyun. REPORT.AZ/ "Azərtoxum" MMC artıq öz sahələrində arpa və buğda toxumlarının biçininə başlayıb. Toxum istehsalı müəssisəsi tarlalarından bu il 25 min ton toxum yığmağı planlaşdırır. Bununla da istehsal həcminin 56% artacağı proqnozlaşdırılır. Bu barədə “Report”a "Azərtoxum" MMC-nin istehsalat rəisi Azil Söhbətov məlumat verib.

A.Söhbətovun sözlərinə görə, 8 min hektar səpin aparılan ərazidə hazırda arpa və buğda toxumlarının biçini gedir.

"Bütün vacib aqro-texniki tədbirlər vaxtında həyata keçirilib. Bu il əkin sahələrindən yüksək məhsuldarlıq gözləyirik. Çünki iqlim şəraiti bu il çox yaxşı olub, xüsusilə də yaz dövründə hava şəraiti əlverişli olub. Hər hektar hesabı orta məhsuldarlığın 35-40 sentnerə çatacağını gözləyirik", - deyə A.Söhbətov bildirib.

İstehsalat rəisi əlavə edib ki, biçindən sonra payızlıq qarğıdalı əkininə başlanılması və növbəti əkin ili üçün şum işlərinin görülməsi nəzərdə tutulub.

Qeyd edək ki, iyunun 2-dən "Azərtoxum"un sahələrində biçinə başlanılıb. Keçən il "Azərtoxum" 16 min ton toxum istehsal edib.

Son xəbərlər

Orphus sistemi