​“Azərdamazlıq” Respublika İstehsalat-Elmi Birliyi ləğv olunub

​“Azərdamazlıq” Respublika İstehsalat-Elmi Birliyi ləğv olunub Birliyin borcları ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin Ləğvetmə Komissiyasına müraciət oluna bilər
ASK
29 İyul , 2015 16:22
​“Azərdamazlıq” Respublika İstehsalat-Elmi Birliyi ləğv olunub

Bakı. 29 iyul. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin “Azərdamazlıq” Respublika İstehsalat-Elmi Birliyi ləğv edilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli qərarı ilə nazirliyin tabeliyində olan “Azərdamazlıq” Birliyi ləğv edilib.

Bununla əlaqədar “Azərdamazlıq” Birliyinin kreditor borcları və digər hüquqi və fiziki şəxslərə olan borclar barədə Kənd Təsərrüfatı Nazirliyinin Ləğvetmə Komissiyasına 10 gün müddətinə müraciət etmək lazımdır (+99412) 561 94 21; (+99450) 351 35 64)

Son xəbərlər

Orphus sistemi