Azərbaycanın quşçuluq sektorunun əsas çatışmazlıqları müəyyənləşib

Azərbaycanın quşçuluq sektorunun əsas çatışmazlıqları müəyyənləşib Hökumət yenidən idxal olunan yem və yem məhsullarının vergidən azad edilməsi təklifini müzakirə edir
ASK
10 Noyabr , 2015 12:45
Azərbaycanın quşçuluq sektorunun əsas çatışmazlıqları müəyyənləşib

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan Quşçular Cəmiyyəti (AQC) ölkəyə idxal olunan yem və yem məhsullarının əlavə dəyər vergisi və gömrük rüsumundan azad edilməsinin zərurəti məsələsini yenidən gündəmə gətirib. Hazırda Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi arasında yem məhsullarının xərclərinin aşağı salınması üçün yem və yem məhsullarının ƏDV-dən azad olunması ilə bağlı müəyyən müzakirələr aparılır. Bu barədə "Report"a hökumətdəki mənbədən məlumat verib. 

Məsələnin digər tərəfinə gəlincə, mənbə AQC-nin lazımi istiqamətdə fəaliyyət göstərmədiyini bildirib. Onun sözlərinə görə, bu qurum yaradıldığı andan ancaq hökumətdən kömək istəyir: "Dövlətin himayəsində olan iri təsərrüfat yaradılacaqdısa, o zaman özəlləşdirməyə nə ehtiyac vardı? Bu sahədə bir çox problemlər mövcuddur. Məsələn, ölkədə 40-dan artıq broyler müəssisəsi fəaliyyət göstərir. Amma iri və tanınmış şirkətlər istisna olmaqla, heç birinin internet saytına girib, şirkətin istehsal etdiyi məhsullar, məhsulların qiyməti və s. məlumat tapmaq mümkün deyil. Halbuki, Türkiyədə bu cür müəssisələrin hətta birjaları mövcuddur. Onların internet saytlarına daxil olaraq, məhsulların çeşidi, qiyməti, istehsal və istifadə tarixini belə görmək olar".

"Bundan başqa, Avropadan idxala sanksiya qoyulduğu üçün hazırda Rusiya bazarı qurulub. Bizim quşçuluq müəssisələri bu bazarın potensialı üzərində işləyə bilərlər. Bir sözlə, vergidən azad olunan sektordur. Söhbət yemin bahalığından gedirsə, yem zavodlarının qurulması məsələsini də fikirləşə bilərlər", - deyə ekspert bildirib.

Mənbənin bildirdiyinə görə, buna baxmayaraq, yerli quşçuluq sektorunun müsbət cəhətləri də var. Belə ki, ölkədə istehlak olunan quşçuluq məhsullarının artıq 90%-i yerli məhsuldur, təqribən 10%-i Türkiyədən idxal edilir: "ABŞ və Braziliyadan gələn məhsullar isə yalnız emal sənayesi üçün nəzərdə tutulub. Bu, yaxşı inkişaf göstəricisi hesab olunur, bununla belə, quşçuluq müəssisələri satış strategiyalarını normal qurmalıdır". 

Son xəbərlər

Orphus sistemi