Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İstanbulda G20-nin hazırlıq iclasında iştirak edir

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İstanbulda G20-nin hazırlıq iclasında iştirak edir Tədbirdə razılaşdırılacaq sənəd mayın 8-də İstanbulda keçiriləcək G20 kənd təsərrüfatı nazirlərinin iclasında qəbul ediləcək
ASK
7 May , 2015 15:38
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İstanbulda G20-nin hazırlıq iclasında iştirak edir

Bakı. 7 may. REPORT.AZ/ Türkiyənin G20-yə sədrliyi çərçivəsində mayın 8-də keçiriləcək G20 kənd təsərrüfatı nazirlərinin iclasına hazırlıq məqsədilə mayın 6-7-də İstanbul şəhərində kənd təsərrüfatı nazir müavinlərinin ikinci iclası keçirilir.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir ki, tədbirdə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin baş direktorunun müavini Zaur Əliyev iştirak edir.

İclasda dayanıqlı ərzaq sistemlərinə nail olmaq istiqamətində G20 ölkələrinin birgə təşəbbüslərini ehtiva edən kommünikasiya layihəsinin məzmunu ətrafında fikir mübadiləsinin aparılması və sənəd layihəsinin təkmilləşdirilməsi nəzərdə tutulur. Tədbirdə razılaşdırılacaq sənəd mayın 8-də İstanbulda keçiriləcək G20 kənd təsərrüfatı nazirlərinin iclasında qəbul ediləcək.

Son xəbərlər

Orphus sistemi