Azərbaycanın bölgələrində iri taxılçılıq təsərrüfatlarının yaradılması təklif edilir

Azərbaycanın bölgələrində iri taxılçılıq təsərrüfatlarının yaradılması təklif edilir Kənd təsərrüfatı naziri bu layihələrə dövlətin də dəstək verəcəyini deyib
ASK
11 Mart , 2016 15:06
Azərbaycanın bölgələrində iri taxılçılıq təsərrüfatlarının yaradılması təklif edilir

Ağcabədi. 11 mart. REPORT.AZ/ Azərbaycanın regionlarında iri taxılçılıq təsərrüfatlarının yaradılması məqsədilə özəl sektor tərəfindən təkliflər irəli sürülüb. "Report" xəbər verir ki, bunu mətbuata açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. 

Nazir deyib ki, iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün dövlət tərəfindən lazımi tədbirlər görüləcək və köməklik ediləcək.

H.Əsədovun sözlərinə görə, Beyləqan və Ağcabədi rayonlarında yaradılan pilot taxılçılıq təsərrüfatlarında hər il yüksək məhsul götürülür: "Buna görə də imkan daxilində iri təsərrüfatların sayı artırılır".

Bu il havaların yaxşı keçdiyini qeyd edən nazir əlavə edib ki, bu cür iqlim şəraiti taxılçılığa yaxşı təsir göstərib. H.Əsədov hesab edir ki, fermerlər aqrotexniki qaydalara vaxtında əməl edərlərsə, ötən ilə nisbətən bu il daha çox məhsulun əldə edilməsi mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi