Azərbaycanda yumurta istehsalı 12% artıb

Azərbaycanda yumurta istehsalı 12% artıb Bu ilin 10 ayında ət istehsalı 1,5%, süd istehsalı 3,8%, yun istehsalı isə 1,8% artıb
ASK
15 Noyabr , 2014 10:49
Azərbaycanda yumurta istehsalı 12% artıb
Bakı. 15 noyabr.REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın heyvandarlıq bölməsində diri çəkidə 378,3 min ton ət, 1 566,1 min ton süd, 1 299,4 mln. ədəd yumurta və 16,5 min ton yun istehsal edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,5%, süd istehsalı 3,8%, yumurta istehsalı 12,0% və yun istehsalı 1,8% artıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən təqdim edilən məlumatlara əsasən, cari ilin 9 ayı ərzində ölkəyə 780,9 ton və 566,7 min litr pestisid, habelə 89,8 min ton və 62,2 min litr aqrokimyəvi maddə gətirilib.

Həmin dövrdə ölkənin kənd təsərrüfatı məhsulu istehsalçılarına 50,4 min ton ammonium şorası, 5,7 min ton nitroammofoska, 2,5 min ton karbamid, 3,7 min ton kalium-xlorid satılıb.

Həmçinin, bu ilin yanvar-sentyabr aylarında 75 045 baş inək, camış və düyə süni mayalandırılıb.

Son xəbərlər

Orphus sistemi