Azərbaycanda vəhşi və sahibsiz heyvanların peyvəndlənməsi başa çatıb

Azərbaycanda vəhşi və sahibsiz heyvanların peyvəndlənməsi başa çatıb Bu ilin 3 ayı ərzində 196 761 baş it peyvəndlənib
ASK
9 Aprel , 2015 12:15
Azərbaycanda vəhşi və sahibsiz heyvanların peyvəndlənməsi başa çatıb

Bakı. 9 aprel. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) martın 16-dan ölkədə ilk dəfə olaraq vəhşi və sahibsiz heyvanlar arasında başlanan oral peyvəndləmə tədbirini yekunlaşdırıb. DBNX-dən "Report"a verilən məlumata görə, peyvəndləmə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının meşə və meşəətrafı ərazilərində, eləcə də Abşeron yarımadası və Bakı ətrafı ərazilərdə icra edilib.

Belə ki, 50 min doza miqdarında olan quduzluq əleyhinə vaksin yerləşdirilmiş aldadıcı yemlər meşə və meşəətrafı ərazilərdə vəhşi heyvanların vaxtaşırı keçib getdiyi yerlərə hər 50 metrdən bir, eləcə də sahibsiz itlərin çox olduğu ərazilərə atılıb.

Bununla yanaşı, Dövlət Xidməti sahibli və qeydiyyatda olan itlərin də peyvəndləmə tədbirlərini davam etdirir. Bu ilin 3 ayı ərzində 196 761 baş itdə bu tədbir həyata keçirilib.

DBNX xatırladır ki, aparılan vaksinasiya tədbiri vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaradacaq və xəstəliyin qarşısı alınacaq: "Hazırda quduzluq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət tam nəzarətdə olmaqla sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti lazımi tədbirlər həyata keçirir".

Son xəbərlər

Orphus sistemi