Azərbaycanda şum işlərindəki gecikmələr gələn ilin məhsuluna mənfi təsir göstərə bilər

Azərbaycanda şum işlərindəki gecikmələr gələn ilin məhsuluna mənfi təsir göstərə bilər Sentyabrın 16-da Şəkidə payızlıq taxıl səpininə hazırlıq mövzusunda regional müşavirə keçiriləcək
ASK
14 Sentyabr , 2015 12:29
Azərbaycanda şum işlərindəki gecikmələr gələn ilin məhsuluna mənfi təsir göstərə bilər

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycanda bu il sentyabrın 1-nə 237 610 hektar sahədə təmiz herik şumu da daxil olmaqla, payızlıq əkinlər üçün şum qaldırılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 min ha və ya 7,5% çoxdur. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan xəbərə görə, bununla yanaşı, dağ və dağətəyi zonalarda yerləşən Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında proqnozlaşdırılan şum işlərində gecikmələr müşahidə olunur. Bu, 2016-cı ilin məhsuluna mənfi təsir göstərə bilər.

Payızlıq əkinlər üçün şum qaldırılmasını sürətləndirmək və taxıl səpinini optimal müddətdə başa çatdırmaq məqsədilə sentyabrın 16-da Şəki rayonunda “Şum qaldırılmasının başa çatdırılması və payızlıq taxıl səpininə hazırlıq” mövzusunda regional müşavirənin keçirilməsi planlaşdırılır. Tədbirdə nazirliyin bitkiçilik şöbəsi, nazirlik yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, “Aqrolizinq” ASC, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, aidiyyəti elmi-tədqiqat institutları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə də fermer və sahibkarların iştirakları nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi