Azərbaycanda meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycanda meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin nümayəndələri ilə görüş keçirilib Görüşdə səsləndirilən təkliflərin həyata keçirilməsi imkanları araşdırılacaq
ASK
25 Yanvar , 2016 16:27
Azərbaycanda meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyində meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin nümayəndələriylə keçirilən görüşdə dövlət başçısı tərəfindən ölkədə yerli xammal hesabına istehsalın, o cümlədən meyvə-tərəvəz məhsullarının emalı sahəsinin inkişafına xüsusi diqqət göstərildiyi vurğulanıb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə yeni texnologiyalar əsasında müasir standartlara uyğun rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin istifadəyə verildiyi bildirilib.

Bununla yanaşı, görüşdə meyvə-tərəvəz məhsulları emalı müəssisələrinin ixrac potensialının daha da artırılması üçün dəstək mexanizmlərinin gücləndirilməsi imkanları barədə müzakirələr aparılıb.

Meyvə-tərəvəz məhsulları emalı müəssisələrinin nümayəndələri rəqabət və ixrac qabiliyyətinin artırılması məqsədilə istifadə olunan taralar, yüksək təzyiqə davamlı metal qapaqların yerli istehsalının dəstəklənməsi, onların istehsalı üçün tələb olunan xammal və komponentlərin idxalına güzəştlərin tətbiqi barədə təkliflər səsləndiriblər.

Görüşdə səsləndirilən təkliflərin həyata keçirilməsi imkanlarının araşdırılacağı iştirakçıların diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi