Azərbaycanda kənd təsərrüfatı istehsalı 7% artıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı 7% artıb Bu ilin ilk yarısında bitkiçilik məhsullarının istehsalı 14%, heyvandarlıq məhsullarının istehsalı isə 3% artıb
ASK
15 İyul , 2015 18:00
Azərbaycanda kənd təsərrüfatı istehsalı 7% artıb

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycanda bu il iyunun 24-dək 362,1 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 28,8 min hektar sahədə dənli və dənli paxlalılar, 36,4 min ha dən üçün qarğıdalı, 77,0 min ha tərəvəz, 61,0 min ha kartof, 18,8 min ha pambıq, 27,9 min ha bostan bitkiləri, 4,9 min ha səkər çuğunduru, 10,2 min ha dən üçün günəbaxan, 1,4 min ha tütün və s. bitkilər əkilib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 4,2 min ha, dənli və dənli paxlalıların əkin sahəsi 0,8 min ha, tərəvəzin əkin sahəsi 1,1 min hektar, tütünün əkin sahəsi 253 ha artıb. Eyni zamanda, pambığın əkin sahəsi 4,1 min ha, dən üçün günəbaxanın əkin sahəsi 1,5 min ha, səkər çuğundurunun əkin sahəsi 0,8 min ha, dən üçün qarğıdalının əkin sahəsi 0,5 min ha, kartofun əkin sahəsi 0,7 min hektar, bostan bitkilərinin əkin sahəsi 169 ha azalıb. Kənd əməkçiləri yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri məhsulu yığmağa baslayıblar. 

İyulun 1-nə kimi qarğıdalı da daxil olmaqla, 2,1 mln. ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərdən məhsul toplanıb, keçən ilin müvafiq dövrü ilə müqayisədə 320,9 min ton çox məhsul yığılıb. Yığım başlanandan tarlalardan 288,7 min ton kartof, 382,9 min ton tərəvəz, 93,1 min ton meyvə və giləmeyvə, 37,4 min ton bostan məhsulları, 76,5 ton tütün, 273,4 ton yaşıl çay yarpağı toplanıb. 

Cari ilin yanvarın 1-i ilə müqayisədə son 6 ayda iri buynuzlu mal-qaranın baş sayı 0,4% artaraq 2708,2 min başa, qoyun və keçilərin sayı 1,9% artaraq 8 807,6 min başa çatıb. Hesabat dövründə 2,0% çox və ya diri çəkidə 225,1 min ton ət, 3,7% çox, yaxud 963,7 min ton süd, 1,4% çox, yaxud 779,4 mln. ədəd yumurta, 2,1% çox, yaxud 15,3 min ton yun istehsal edilib. Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 14,0%, heyvandarlıq məhsullarının istehsalı 2,6%, kənd təsərrüfatının ümumi məhsulu 7,3% artıb.

Son xəbərlər

Orphus sistemi