Azərbaycanda kartof toxumçuluğu ilə bağlı tender keçirilir

Azərbaycanda kartof toxumçuluğu ilə bağlı tender keçirilir Müsabiqə xəstəliklərdən azad kartof toxumçuluğunun yaradılması üzrə məsləhətçi xidmətlərinin alınmasını nəzərdə tutur
ASK
3 Mart , 2016 15:55
Azərbaycanda kartof toxumçuluğu ilə bağlı tender keçirilir

Bakı. 3 mart. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Dövlət Toxum Fondu Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğunun yaradılması üzrə məsləhətçi xidmətlərinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər martın 31-i saat 11.00-dək qəbul olunur.

Maraqlanan təşkilatlar (+994 12) 498-21-59 (1-88) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi,80, Hökümət Evi, VII mərtəbə, otaq 719).

Son xəbərlər

Orphus sistemi