Azərbaycanda iyulda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 6% düşüb

Azərbaycanda iyulda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 6% düşüb Diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,5% ucuzlaşıb
ASK
4 Avqust , 2015 15:46
Azərbaycanda iyulda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 6% düşüb

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycanda bu ilin iyul ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,9%, o cümlədən birillik və çoxillik bitkilər üzrə müvafiq olaraq 12,6 və 2,0%, həmçinin diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,5% ucuzlaşıb.

“Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən bildirir ki, birillik bitkilərdən buğda, noxud dəni, yaşıl lobya, baş kələm, qarpız, qovun və yemiş, bibər, xiyar, badımcan, süfrə çuğunduru, kartof, baş soğanın istehsalçı qiyməti enib, fermentasiya edilməmiş tütün və yem bitkilərinin istehsalçı qiyməti isə artıb.

Çoxillik bitkilərdən albalı, gilas, çiyələk, armud, böyürtkənin istehsalçı qiyməti bahalaşıb, alma, ərik, alça, gavalı, findıq, qoz, dəfnə yarpağının istehsalçı qiyməti ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından süd, qoyun və keçi, qoyun və keçilərin yuyulmamış yunu, mal, qoyun və quş ətinin (diri çəkidə) istehsalçı qiyməti ucuzlaşıb, diri ev quşlarının, yumurtanın və təbii balın istehsalçı qiyməti isə bahalaşıb.

Son xəbərlər

Orphus sistemi