​Azərbaycanda istehlak bazarında aparılan monitorinqdə 7 adda məhsul mənfi rəy alıb

​Azərbaycanda istehlak bazarında aparılan monitorinqdə 7 adda məhsul mənfi rəy alıb Ümumilikdə 56 məhsul analiz olunub
ASK
12 Fevral , 2015 18:21
​Azərbaycanda istehlak bazarında aparılan monitorinqdə 7 adda məhsul mənfi rəy alıb

Bakı. 12 fevral. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən 2015-ci il yanvar ayı ərzində istehlak bazarında aparılan monitorinqin nəticələrinə əsasən ticarət şəbəkələrindən seçilmiş 56 adda məhsul analiz olunub.

“Report” Komitəyə istinadən xəbər verir ki, analiz olunan məhsulların 27-i və ya 48%-i yerli, 29-u və ya 52%-i isə xarici adda məhsullar olub.

Analizlərin nəticələrinə əsasən, 41 adda və ya 73,21% məhsul müsbət cavab alıb, 8 adda və 14,29% məhsulun analiz nəticələri yekunlaşmayıb, 7 adda və ya 12,5% məhsul isə mənfi rəy alıb.

Qeyd edək ki, 17-i yerli, 1-i xarici olmaqla toplam 18 adda alkoqollu içki, 1-i yerli, 4-ü xarici olmaqla toplam 5 adda çörək və makaron məmulatı, 2-i yerli, 1-i xarici olmaqla toplam 3 adda ət məhsulu, 2-i yerli, 3-ü xarici olmaqla toplam 5 adda süd məhsulu, toplam 8 adda xarici unlu qənnadı məmulatı, 1-i yerli, 4-ü xarici olmaqla toplam 5 adda şəkərli qənnadı məmulatı, 1-i yerli, 6-ı xarici olmaqla toplam 7 adda konservləşdirilmiş məhsul, 3-ü yerli 2-i xarici olmaqla toplam 5 adda müxtəlif qablaşdırılmış məhsul analiz olunub.

Son xəbərlər

Orphus sistemi