​Azərbaycanda III Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisi keçiriləcək

​Azərbaycanda III Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisi keçiriləcək CEO bu il bir neçə yubiley sərgi və konfransların keçirilməsini planlaşdırıb
ASK
25 Yanvar , 2016 20:58
​Azərbaycanda III Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisi keçiriləcək

Bakı. 25 yanvar. REPORT.AZ/ “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı ilə bu ilin aprel ayında III Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisi - CATEC-2016 keçiriləcək. CEO-dan “Report”a verilən xəbərə əsasən, sözügedən sərgi iki ildən bir keçirilir və “Azərsu” ASC tərəfindən dəstəklənir.

May ayında isə Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - CaspianAgro onillik yubileyini qeyd edəcək. Sərgi bu il öz ənənəvi sektorları ilə yanaşı, elektron kənd təsərrüfatı və laboratoriya avadanlıqları kimi iki yeni sektoru təqdim edəcək.

Bununla belə, payızda sərgi mövsümü II Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi - ADEX-2016 və konfransı çərçivəsində silah və texnikanın, eləcə də milli müdafiənin güc və qüdrətinin möhtəşəm nümayişi ilə açıq elan ediləcək. Bu sərgi Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, eyni zamanda Müdafiə Nazirliyinin dəstəyi ilə iki ildən bir keçirilir.

Tədbir iştirakçılarının xahişini nəzərə alaraq, şirkəti bu il sərginin iş günlərinin sayını 4 günə qədər uzadıb. Artıq təxminən 150 şirkət ADEX-2016 sərgisində iştirak edəcəyini təsdiqləyib. Çin, İsrail, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlərlə çıxış etmək üçün ekspozisiya sahələrini əvvəlcədən rezervasiya ediblər.

Bundan başqa, oktyabr ayında X Azərbaycan Beynəlxalq Təhsil və Karyera yubiley sərgiləri qeyd ediləcək. Noyabr ayında eyni vaxtda bir neçə tədbirin -II Azərbaycan Beynəlxalq Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət - Baku CSR Conference-2016 konfransı, “Xəzər: Ətraf mühit üçün texnologiyalar” VII Azərbaycan Beynəlxalq Ətraf mühit Sərgisi - CTE-2016, eləcə də “Iteca Caspian” şirkəti ilə birlikdə təşkil olunan XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları Sərgisi - Bakutel-2016 və konfransının keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi