Azərbaycanda ərzaq təhlükəsizliyi üzrə qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılır

Azərbaycanda ərzaq təhlükəsizliyi üzrə qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılır Bununla bağlı İqtisadiyyat Nazirliyi açıq tender keçirir
ASK
14 Oktyabr , 2016 13:22
Azərbaycanda ərzaq təhlükəsizliyi üzrə qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılır

Bakı. 14 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi “Kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına dəstək Proqramı” çərçivəsində “Ərzaq məhsullarının təhlükəsizliyi üzrə qanunvericiliyin beynəlxalq və Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılmasına dəstək Layihəsi"nə dair açıq tender keçirir.

"Report" "Xalq" qəzetinə istinadən xəbər verir ki, işlərin yerinə yetirilməsi müddəti 6 aydır. Tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini yazılı surətdə təqdim etsinlər. Tenderdə iştirak etmək istəyənlər 1 000 manat iştirak haqqı ödəməlidir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 noyabr 2016-cı il saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 25 noyabr 2016-cı il saat 17:00-dək İqtisadiyyat Nazirliyinə (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət Evi) təqdim etməlidirlər. İddiaçıların təklif zərfləri noyabrın 28-də saat 15:00-da açılacaq.

Son xəbərlər

Orphus sistemi