Azərbaycanda daha 5 mln. ədəd nərəcinsli körpə balıq təbii yaşayış şəraitinə buraxılıb

Azərbaycanda daha 5 mln. ədəd nərəcinsli körpə balıq təbii yaşayış şəraitinə buraxılıb Son 12 il ərzində müəssisə tərəfindən Kürün deltasına 54 mln. ədəddən artıq nərəcinsli körpə balıq buraxılıb
ASK
21 Sentyabr , 2015 13:06
Azərbaycanda daha 5 mln. ədəd nərəcinsli körpə balıq təbii yaşayış şəraitinə buraxılıb

Bakı. 21 sentyabr. REPORT. AZ/ Neftçala rayonunda fəaliyyət göstərən Xıllı Nərə Balıqartırma Zavodunda Kür çayının mənsəbinə nərəcinsli körpə balıqların buraxılması prosesi başa çatıb.

"Report" xəbər verir ki, Xıllı Nərə Balıqartırma Zavodu tərəfindən bu mövsüm hər birinin çəkisi 1-1,2 qram olmaqla 5 mln. ədəd nərə və uzunburun balıq körpələri çayın mənsəbinə buraxılıb. 12 il öncə fəaliyyətə başlayan Zavod əsasən nərə cinsli balıqların dörd növü - bölgə, nərə, kələmo və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğuldur. Nəticədə, 2004-2015-ci illər ərzində müəssisə tərəfindən Kürün deltasına 54,4 mln. ədəd nərəcinsli körpə balıqlar buraxılıb.

Son xəbərlər

Orphus sistemi