Azərbaycanda baramaçılığa subsidiyaların ayrılması təklif edilir

Azərbaycanda baramaçılığa subsidiyaların ayrılması təklif edilir Nazir Heydər Əsədov: "Baramaçılıqda subsidiya son məhsula veriləcək"
ASK
6 İyun , 2016 17:49
Azərbaycanda baramaçılığa subsidiyaların ayrılması təklif edilir

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycanda baramaçılığa dövlət tərəfindən subsidiyaların ayrılması təklif edilir. Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı təkliflər hazırlayaraq hökumətə təqdim edib. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. 

"Burada yenilik ondan ibarətdir ki, baramaçılıqda subsidiya son məhsula veriləcək. Bu təcrübə xarici ölkələrdə də bu şəkildə həyata keçirilir. Lakin bütün məhsullar üzrə bu şəkildə subsidiya vermək mümkün deyil. Bütün dövlətlərdə bir neçə strateji məhsullarla bağlı sırf son məhsul üçün subsidiya verilir", - deyə nazir bildirib. 

Kənd Təsərrüfatı Nazirliyinin təkliflərində baramanın 1 kq üçün təqribən 2 manat subsidiyanın verilməsi əksini tapıb.

Eyni zamanda, Nazirlik müvafiq mexanizmin toxumçuluğun idarə edilməsində də tətbiq etməyi düşünür. Yaxın vaxtlarda müvafiq təkliflərin hökumətə təqdim olunması planlaşdırılır. 

H.Əsədov əlavə edib ki, digər kənd təsərrüfatı sahələrində isə subsidiya torpağın hektarı üzrə verilir və bu sahədə elektron uçot yaxşılaşdırılacaq.

Qeyd edək ki, Azərbaycanda subdiyadalar bir mərhələdə veriləcək. Subsidiyaların verilməsi, rayon komissiyalarının yaradılması, sənədlərin qəbuluna başlanılıb. Bu işin bu il daha mütəşəkkil qaydada həyata keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi