Azərbaycanda 2015-ci il “Kənd təsərrüfatı ili” elan edildi

Azərbaycanda 2015-ci il “Kənd təsərrüfatı ili” elan edildi Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
ASK
12 Yanvar , 2015 18:54
Azərbaycanda 2015-ci il “Kənd təsərrüfatı ili” elan edildi

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncama əsasən, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkənin aqrar potensialını geniş təbliğ etmək məqsədilə 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib.

Kənd Təsərrüfatı Nazirliyinə Nazirlər Kabineti ilə birlikdə 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi